INTRODUCTION

2012-ci ilin payızında, istedadlı Fransız aşpazı və iki Michelin ulduzuna sahib olan Əkrəm Benallal, ilk ət bistro konsepsiyalı, Parisin 16-cı ərazisində yerləşən Loriston küçəsində, düz öz qurman restoranının qarşısında “Atelier Vivanda”-nı açdı. Bura, yaradıcı şəkildə yenilənmiş ləzzətli kartof reseptləri ilə müşayiət olunan və yalnız əla ət növlərindən hazırlanan təamları dadmaq üçün ətə həsr olunan məbəddir.

“Atelier Vivanda”-nın Bakı filialı 26 aprel 2016-cı ildə açılıb. Ailənizlə vaxt keçirmək üçün mükəmməl bir yer axtarırsınızsa, bizim restoran bunun üçün ən uyğundur. “Atelier Vivanda” yüksək keyfiyyətli ətdən hazırlanan ləzzətli, mükəmməl bişmiş steykləri ilə məşhurdur, müxtəlif yeməkləri isə ən tələbkar müştərini belə qane edəcəkdir.

Ən yaxşı səhər yeməyi menyusunu, iş günlərində nahara çox zəngin biznes-lançları və həftəsonunda canlı musiqi proqramını təqdim edir. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizı fransız ördəklərini sınamağı məsləhət görürük!